Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov kadrlarını Kənd Təsərrüfatı nazirliyində yüksək vəzifələrə yerləşdirmək istəyir.
Yerli KİV-də yayılan məlumata görə, sabiq nazirin bu addımı atmasına səbəb aqrar sektorun daha rentabelli olmasıdır. Əsasən mərkəzi aran zonasında böyük təsərrüfat işləri planlayan sabiq nazirin bu sahəyə ciddi sərmayə yatıracağı gözlənilir.
Məlumata görə Ziya Məmmədovun yaxın kadrlarından biri yaxın günlərdə Kənd Təsərrüfatı nazirliyində yüksək vəzifəyə təyinat alacaq.
Qeyd edək ki, Ziya Məmmədov 2002-2017-ci illər arasında ölkənin ilk və son Nəqliyyat naziri olub. Onun nazir işlədiyi dövrlərdə ölkədə dəyəri yüz milyonlarla ölçülən körpülər, yeraltı keçidlər tikilib, yollar çəkilib.
Nəqliyyat nazirliyi 2017-ci ildə ləğv edildikdən sonra işsiz qalan Ziya Məmmədov mediaya açıqlamasında mal-qara təsərrüfatı və əkinçiliklə məşğul olduğunu bildirmişdi.
Onu da qeyd edək ki, 2013-2018-ci illərdə Kənd Təsərrüfatı nazirliyinə Ziya Məmmədovun qudası Heydər Əsədov rəhbərlik edib. //qlobal.az//
***
Bu gün isə DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, ölkə mətbuatında dərc edilən yazılara baxmayaraq yenədə Kənd Təsərrüfatı naziri İnam Kərimov kifayət qədər qalnmaqallı fiqur olan Zamin Məmmədovu Mərkəzi Aran Regional İdarəsinə direktor təyin edib. İnam Kərimovun bu təyinatından belə çıxır nazir üçün ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkşafı yox özünün şəxsi maraqları dayanır, – deyə məlumatı verən mənbə bildirir.
Daha sonra dia.az-a göndərilən xəbərdə deyilir: “Nazirilk içində bildirirlər ki, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun qohumu və kəndçisi Zamin Məmmədov bu vəzifəyə təyin edilməsi üçün 100 min manat xərc çəkib.
Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarında ölkədə kənd təsərrüfatının inkaşı üçün dövlətin hər cür dəstək olduğunu açıq şəkildə bildirir. Həmçinin prezident korrupsiyaya qarşı mübarizənin başladığını və korrupsioner məmurların cəzalandıracağını hər dəfə deyir.
Ancaq görünür Kənd Təsərrüfatı naziri İnam Kərimov prezidentin bu çıxışlarına ya qulaq asmır, ya da ciddiyə almır. Əgər İnam Kərimov prezidentin korrupsioner məmurlarla bağlı çıxışlarına qulaq assaydı, o zaman Zamin Məmmədov kimi birisini Mərkəzi Aran Regional İdarəsinə direktor təyin etməzdi”.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…