Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının çəkiliş qrupu Susuzluq kəndi ərazisində minaya düşüb.
İki jurnalistin həlak olduğu hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.
12.41
Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.