Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakinləri küçədə qoyulan elektrik transformatorunun ətrafdakılar üçün təhlükəli olduğunu deyirlər.
Mediaxeberleri.Az xəbər verir ki, Allahquliyev Samir, ona məxsus olan iki baş iribuynuzlu heyvanı cərəyan vuraraq öldürdüyünü iddia edir.
Baş verən hadisəni lentə alan qonşular da bu transformatorun ətrafdakılar üçün təhlükəli olduğunu deyirlər. Onlar bildirir ki, kənarında transformatorun olduğu bu yoldan uşaqlar da istifadə edir, məktəbə gedib-gəlirlər. Transformatorun ərazisini kənar təsirlərdən qorumaq üçün nəzərdə tutulan mühafizə sistemi yoxdur.
Hazırda heyvanları tələf olan Samir Allahverdiyevin şikayəti əsasında Ağstafa RPŞ-də araşdırmalar aparılır.
Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: