Manşet

Sahil Babayevin ONA GÜCÜ ÇATACAQMI? – İDDİA

YAP Daşkəsən rayon təşkilatının sədrinin bacanağı, məşhur dələduz fırıldaqçı Bəxtiyar İsmayılov 6 il müddətinə həbs edildi.
Gəncə Ağır Cinayətlər Məhkəməsində saxta əlillik dərəcəsi verilməsi, digər vədlərlə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrikdə təqsirləndirilən Bəxtiyar İsmayılov işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Bəxtiyar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, bundan əvvəl də çoxsaylı vətəndaşların şikayəti əsasında Bəxtiyar İsmayılovun barəsində Abşeron rayon məhkəməsinin hökmü ilə o 2 il 8 ay müddətinə həbs edilmişdi.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirilib.
Aparılan araşdırmalarla qeyd edilir ki, Bəxtiyar İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək, ümumilikdə, 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, istintaq zamanı Bəxtiyar İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün, ümumilikdə, 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bircə onu qeyd edək ki, Bəxtiyar İsmayılov YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin bacanağıdır. Belə ki, Bəxtiyar İsmayılov bir sıra insanları aldadan zaman Meydanəli Yolçuyevin onun bacanağı olmasından istifadə edərək YAP Daşkəsən rayon təşkilatı adından da danışıb, bununla da çoxsaylı vətəndaşlara söz verib birgə aldadaraq onların külli miqdarda pulunu mənimsəyərək dələduzluq etməsinə şərait yaranmışdır.
Qərb bölgəsində məşhur fırıldaqçı kimi tanınan Bəxtiyar İsmayılov ayrı-ayrı vətəndaşları müxtəlif yollarla aldadıb mənimsədiyi pullarla aldığı Abşeron rayonunun Saray qəsəbəsində dəyəri 800 min manat olan villasını satışa çıxarıb. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevlə aralarında olan münaqişənin səbəbi Bəxtiyar İsmayılovun arvadı Meydanəli Yolçuyevin baldızı İsmayılova Aynur Xurşid qızının həmin villanın satılmasına etiraz etməsidir. Aynur İsmayılova bununla bağlı yazsa da, lakin Meydanəli Yolçuyev cinayətkar Bəxtiyar İsmayılovun vasitəçiliyi ilə düzəltdiyi III dərəcəli əlil olduğu üçün istintaq zamanı cinayət məsuliyyətindən yayınıb.
Maraqlısı budur ki, Meydanəli Yolçuyev YAP Daşkəsən rayon təşkilatının binasında özünün oturduğu otağın yanındakı qonşu otaqda bacanağı Bəxtiyar İsmayılovun vətəndaşları aldadıb mənimsədiyi pulların qaytarılmasını dəfələrlə söz vermişdir. Deyilənə görə, mənimsənilmiş pulların ələ keçirilməsində Meydanəli Yolçuyevin xüsusi rolu olmuşdur. Bu gün isə Meydanəli Yolçuyev özünü xəstəliyə vurub III dərəcəli əlillik sənədindən sui-istifadə edərək xəstəlik vərəqəsi əldə edib Saray qəsəbəsindəki həmin villada hazırda istirahət edir.

Hətta onu da bildirək ki, Meydanəli Yolçuyev 3-çü dərəcəli əlillik dərəcəsinə məxsus imiş. Müharibənin dəhşətli bir vaxtında Qarabağ müharibəsi əlillərinin əlillik dərəcəsi ləğv olunduğu halda Daşkəsən rayonunun İcra Hakimiyyətinin məsul işçisi olan Meydanəli Yolçuyev bir neçə yerdən məvacib alsada əlillik dərəcəsinə düşən pulu da alır. Ay Sahil Babayev, sən yəni bir o qədər uzağı görmürsənki Meydanəli Yolçuyevin 4-5 təşkilatdan aldığı pullar sənin gözünə görsənmir. Meydanəli Yolçuyevin sehrli çubuğu səni də ovsunlayıb. Meydanəli Yolçuyevin özünün saxta 3-cü dərəcəli əlillik sənədini də bacanağı Bəxtiyar İsmayılovun vasitəsi ilə düzəldib. Təqaüd yaşında olan Meydanəli Yolçuyev özünün şəxsi Prado markalı 90-UK-111 dövlət qeydiyyat nişanlı avtomobilini sürür, sərbəst hərəkət edir, heç bir əlilliyi də yoxdur. Meydanəli Yolçuyevə verillən bu əllillik dərəcəsi araşdırılıb yoxlanılarsa onun əllilliyinin saxta olması öz təsdiqini tapacaqdır.
P.S Sahil Babayev biz dedik dəqiqliklə göstərdik. Komissiya təşkil edib yoxlamaq sənlikdir. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir