Manşet

Masallıda “yığışaq, müharibəyə gedin” ləqəbli məmur YAP-ı “yeyir” – İDDİA

Masallı YAP təşkilatının sədri Seyfəddin Əliyev məsxərə ünvanına çevrilib. Onun müharibə dövründə oğlunu Bakıya qaçırması Masallıda hələ də müzakirə mövzusudur.

Masallıdan daxil olan Seyfəddin Əliyevə müharibə dövründə atdığı addımlarına görə “yığışaq, müharibəyə gedin”, ləqəbi verilib. Belə ki, müharibənin qızğın günlərində Seyfəddin Əliyev Masallı əhlinə övladlarını müharibədən yayındırmamaq çağırışları edib. Növbə oğlu, 22 yaşlı Şahin Əliyevə çatanda isə Seyfəddin Əliyev əl-ayağa düşüb. Oğlunu Masallı rayon hərbi komissarlığının qarşısına toplaşmış camaatın gözü qarşısında səfərbərlik avtobusuna mindirib. Avtobus Cəlilabad rayonu ərazisində olanda isə Şahin Əliyevi avtobusdan düşürüblər. Beləcə Şahin Əliyevin müharibəyə getməsinin qarşısı alınıb. İndi də Seyfəddin Əliyev şəhid dəfnlərinə gedib orada vətənpərvərlik mövzularından danışır. Bu isə yerli əhali arasında ikrah hissi yaradır.

Ümumiyyətlə isə Seyfəddin Əliyevin rayondakı fəaliyyəti haqda da çox ciddi məlumatlar var. YAP Masallı təşkilatının sədri hər ay toplanan üzvlük haqlarını özünün şəxsi vəsaiti kimi xərcləməsi barədə də daxil olan məlumatlarda yer alır. Qeyd edilir ki, Masallıda 12 minə yaxın YAP üzvü var. Hakim partiyada üzvlük haqqı isə 1 manatdır. Hər ay 10 min manata yaxın məbləğ təkcə Masallı YAP-çılarının cibindən çıxır və Seyfəddin Əliyevin cibində yoxa çıxır. Bu məsələnin Şahin Məmmədov Masallıya icra başçısı yeni təyin olunan zaman çox ciddi şəkildə çək-çevir olunduğu qeyd olunur. Seyfəddin Əliyev o zaman vəziyyətdən çıxa bilib.

Masallıdan daxil olan məlumatda o da bildirilir ki, Seyfəddin Əliyevin rayondakı “ölü canlar”la da əlaqələri var. Masallıda müharibədən dönən qaziləri “iş yoxdur” deyib qapıdan yola salırlar. Belə bir vaxtda Seyfəddin Əliyevin qaynı Şəmkir Kərimov təlimatçı vəzifəsində gün keçirir. Halbuki, Şəmkir Kərimov səfərbərlikdən yayınıb.

Seyfəddin Əliyevin müharibədən yayındırdığı oğlu Şahin Əliyev də Masallı rayon Kommunal Təsərrüfat Birliyində rəsmi işçidir, amma onu də işdə görən olmayıb. Bundan başqa həyat yoldaşı Masallı Rayon Mədəniyyət evində işçi olaraq qeydiyyatdadır. Baldızı digər kəndlərdən birində işçi olaraq qeydiyyatdadır.

Məlumatda o da qeyd olunur ki, Seyfəddin Əliyev icra başçısı Şahin Məmmədovun yaxın ətrafnda yer alıb və icra başçısının adından istədiyini edir.

Milliyol.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir