Siyasət

ABŞ təyyarəsini vura bilərdik, amma… – İranlı komandan

ABŞ-ın pilotsuz uçuş pparatı (PUA) ilə yanaşı “P8” tipli patrul təyyarəsi də həmin ərazidə uçurdu. Onun göyərtəsində 35 nəfər var idi. Amma biz onu məhv etmədik.

Zirveyolu.info teleqraf.com-a istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

“Amerika pilotsuz uçuş pparatının yanı ilə onların “P8″ təyyarəsi də uçurdu. Hansı ki, göyərtəsində 35 nəfər var idi. Bu təyyarə də bizim hava sərhədimizi pozmuşdu. Biz onu da vura bilərdik, amma bunu etmədik. Pilotsuz uçuş pparatını vurmaqla biz amerikan terrorçu qüvvələrinə xəbərdar etmişik”, – deyə “Tasnim” agentliyi Hacızadənin sözlərindən sitat gətirir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir