Manşet

“Azenerjinin” AĞILLI SAYĞACININ DƏLİSOVLUĞU… – “Əhali üçün əlavə problemdir”

Xəbər verildiyi kimi Azərbaycanda abonentlər ağıllı sayğaclarla təchiz ediləcək. Yəni qaz işıq, su və istilik təchizatı ağıllı sayğaclarla əvəzlənəcək. Bu barədə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində bildirilib. Sənəddə qeyd edilib ki, enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.

Maraqlıdır, bu günə qədər ard-arda dəyişən və yenilənən sayğaclardan sonra ağıllı sayğacın gündəmə gəlməsi əlavə yeyinti deyilmi?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Bizim.Media-ya açıqlamasına məsələyə münasibət bildirib.

O, deyib ki, prinsip etibarilə ağıllı sayğacın da digər sayğacların funksiyasından ciddi fərqi olmayacaq. Bu baxımdan əhali üçün ağıllı sayğacın təchizatı əlavə problemdir:

“Sayğaclarla bağlı çox sayda problemləər var. Hətta Milli Məclisdə də bu məsələyə mütəmadi toxunulur. Köhnə sayğacların dəyişdirilməsi, yeni sayğacların guya müasir texnalogiyaya uyğunluğu, indi də ağıllı sayğacların ortaya çıxması əhalini narahat edən məsələrdəndir. Faktiki olaraq sayğac məsələsində hər zaman problemlər yaranır. Bəzən dövlətin qoyduğu sayğaclar pulla satılır. Düzdür, hökumət məsələ qoyur ki, mütləq qənaət mexanizmindən istifadə edilməlidir. Ola bilər sayğacların hesablamalarında ciddi problemlər olub, ona görə də dəyişikliklərə gedilir. Amma sayğac sayğacdır da…Nə qədər istifadə olunursa, o qədər yazır”.

Deputat əlavə edib ki, ağıllı sayğacların təmini zamanı elə etmək lazımdır ki, adi vətəndaş ondan əziyyət çəkməsin:

“Burada heç bir ödənişə ehtiyac olmasın. Sayğac dövlət hesabına alınıb, dövlət hesabına da quraşdırılmalıdır. Amma bizdə məlumatlar var ki, bu xidmətdən istifadə edənlər var. Bizi maraqlandıran əhalinin vəziyyətidir. Yəni onların sosial durumlarında problem yaranmasın. Əsas budur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir