Manşet

İnam Kərimovun işçilərindən ÖZBAŞINALIQ… – GİLEY

Göyçay sakini ona və həmkəndlilərinə məxsus taxılın biçilməməsindən şikayətlənir.

Bunu Göyçay rayon Çərəkə kənd sakini, Birinci Qarabağ müharibəsi qazisi Soltanəli Allahverdiyev “Gözətçi”yə bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı idarəsindən ona və digər kümçülərə aid taxılı biçmək üçün kombayn göndərilsə də, biçini yekunlaşdırmamış kombayn sahədən çıxarılıb.

Şikayətçi iddia edir ki, bunu Aqro servisin nümayəndəsi edib. O, işin yarımçıq qoyulub sahədən kombaynın çıxarılmasının səbəbini öyrənmək istəsə də, müraciəti cavabsız qalıb.

Məsələ ilə bağlı aidiyyatı qurumlarla etdiyimiz zənglərə isə cavab verən olmadı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir