Manşet

Başçı Gəncədə ÜSYANI KÖRÜKLƏYİR… – Sakinlər ETİRAZA QALXDI

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında bir qrup şəhər sakini aksiya keçirdib.

Gununsesi.info-nun xəbərinə görə, aksiyaya səbəb 2-ci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən atılan raketlər nəticəsində dağılmış evlərin sahiblərinə heç bir köməklik göstərilməməsi olub. Raket hücumundan zərərçəkən sakinlərin sözlərinə görə, vəd edilməsinə baxmayaraq, onlara heç bir köməklik göstərilməyib.
İcra başçısı ilə görüş tələb edən aksiya iştirakçılarını inzibati binaya dəvət ediblər.
Aksiyaya polis müdaxiləsi olsa da zorakılıq hallarına rast gəlinməyib.
Məsələ ilə bağlı Gəncə şəhər icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

Gununsesi.info onu da xatırladır ki, raket hücumundan zərər görən evlərin, obtektlərin təmirini “Conco” QSC həyata keçirir.
Bunun üçün şirkətə büdcədən 489447515 manat ayrılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir