Könüllü savaşa getmiş “internat uşağı” niyə medalsız qaldı? – O vətənə yiyələndi, vətən ona YOX…
General-mayor Hikmət Həsənov və general-mayor Mais Bərxudarov Silahlı Qüvvələr Günü ilə bağlı təəsüratlarını bölüşüblər.
AzTV-yə danışan generallar 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
“Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu zəfərin təməlində cənab Ali Baş Komandanın polad iraədsi, mükəmməl idarəetməsi, cəsarəti, Azərbaycan Ordusunun döyüş sahəsindəki igidliyi və Azərbaycan xalqının birliyi, vətənpərvərliyi, qələbəyə inamı, cənab Ali Baş Komandanın ətrafında vahid şəkildə birləşməsi dayandı”, – deyə H.Həsənov bildirib.
“Bizim bu müharibədə ən güclü silahımız cənab Ali Baş Komandanın dəmir yumruğu oldu. O yumruq ki, biz onun altında birləşdik və düşmən o yumruqdan qorxub gizləndi. Bunun nəticəsində qalib olduq” deyə M.Bərxudarov söyləyib: