Manşet

GDU-da NƏ BAŞ VERİR? – İDDİA

Son illər ölkə mediasında Gəncə Dövlət Univertsitetində yaşanan problemlərlə bağlı onlarla narazı ziyalıların həqiqətləri yer alıb. Həm universitetdə problemlərin bitməməsi həm də rektor Yusif Yusifovun təhsil qanunlarına zidd mexanizimlə işləməsi ali təhsil ocağının daxilində qarşudura və terəfbazlıq yaradıb. GDU-da baş verənlərlə bağlı cumhuriyyet.az-a göndərilən məlumatda rektorun dövlətin üst qatında xüsusi himayədarı olduğu deyilir: “İqtisadiyyat naziri Mikayıl Cabbarovun himayə etdiyi, dayı dediyi GDU rektorunun büdcə vəsaitlərini təhsilin keyfiyyətinin artırılması əvəzinə istədiyi kimi sağa-sola səpməsi yolverilməz haldır. Bu fakt artıq heç kim üçün sirr olmasa da, nədənsə araşdırma aparmaq istəyən heç bir aidiyyatı qurum yoxdur. Universitetdə qayda-qanun yoxdur. Kim hay-küy salırsa, dərhal ya rektorun,ya tədris işləri üzrə prorektorun və ya digər prorektorların yanına çağırıb deyirlər ki, dediyini edəcəyik, səs-küy salma.
Yusif Yusibov o qədər özünə arxayındır ki, bu günlərdə Təhsil Nazirliyinin xüsusi komissiyasını universitetdən qovub. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Yusif Yusibovun Təhsil naziri Emin Əmrullayevlə münasibətləri normal deyil. Yusif Yusibov nazir Emin Əmrullayev üçün arzu olunmaz şəxsdir. Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara görə, həm də nazirliyə olunan çoxsaylı şikayətlərə görə universiteti yoxlatmaq üçün xüsusi komissiya göndərib. Komissiya yoxlama prosesində maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib.
Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı eləyin. Bundan sonra rektor bir başa Mikayıl Cabbarova zəng edib. Komissiya üzvəri bununla bağlı Təhsil naziri Emin Əmrullayevə məlumat veriblər. Emin Əmrullayev bundan sonra universitetə daha bir komissiya göndərib, özü Gəncə şəhərinə səfər edib, amma universitetə gəlməyib, digər ali məktəblərə, bir neçə orta məktəbə baş çəkib. Görünür, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Xarici işlər naziri Ceyhun Bayramov tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Belə ki, Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin Aparat rəhbəridir.
Bu təhsil müəssisəsi ətrafında baş verənlar haqqında son dövrlər elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlar yayılıb. Universitetdə tədrisin keyfiyyətindən tutmuş,tələbə müəllim,müəllim rektor münasibətləri ilə bərabər,maliyyə təsərrüfat işləri barədə də yayılmış bu məlumatların çoxu rektor Yusif Yusifovun rəhbərliyi dönəminə düşür. Müsahibələrənin birində isə rektor Yusif Yusifov mətbuatı qərəzçilikdə,hətta sətiraltı ifadələrlə səriştəsizlikdə günahlandıraraq jurnalistlərin ümumi sözlərlə universitetin artan ictimai nüfuzuna zərbə vurmağa çalışdığını iddia edir. Faktlar əsasında cumhuriyyet.az olaraq kiçik bir araşdırma apardıq. Əvvəlki illərdə təkrar-təkrar təmir işlərinin aparılmasına vəsaitlər ayrılmasına baxmayaraq 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tender yolu ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması hansı zərurətdən yaranıb? Müqayisə üçün bildirmək istərdik ki,sözügedən “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.12.2019-cu il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 45 mənzilli 12 №-li yeni yaşayış binasının tikintisi üzrə keçrdiyi tenderdə 3 098 747.24 manat məbləğində müqavilə bağlayıb.
Bu kiçik bir müqayisədən də göründüyü kimi Gəncə Dövlət Universitinin təmirə ayırdığı vəsaitə məcburi köçkünlər üçün bağçası, məktəbi,istirahət parkı ilə birgə 2 ədəd 9 mərtəbəli yaşayış binası tikmək olardı. Maraqlıdır bəs Gəncə Dövlət Universiteti bu təmir işlərini harada aparıb? Xatırladaq ki,müqavilə 24.12.2019-cu il tarixdə bağlanılıb.Ondan cəmi bir neçə ay sonra koronavirus pandemiyası ilə əlaqədər ölkə ərazisindəki bütün tədris müəssisələri Nazirlər Kabinetini qərarı ilə müvəqqəti olaraq qapadılıb.Gəncə şəhərində yaşayan və universitetlə əlaqələri olan mənbədən əldə etdiyimiz məlumatlara görə 2019-cu ilin dekabr ayında bağlanmış bu müqavilə üzrə 2020-ci ildə Gəncə Dövlət Universitetində heç bir əsaslı təmir işləri aparılmamışdır. Universitetin balansında olan tədris korpuslarında da həmçinin. Mənbənin verdiyi məlumatlara görə universitetin tədris korpusları əvvəlki illərdə təmir olunub. Korpusların daxilində isə xırda,kosmetik işlərın aparılmasına göstərilən məvləğin ayrılması mümkün deyil.Bəs tender yolu ilə ayrılmış bu vəsaiti hansı məqsədlər üçün xərclənib?
Qeyd edək ki,Gəncə Dövlət Universiti “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iki satınalma müqaviləsi bağlayıb.Xarici qaz və xarici elektrik təchizatının çəkilişi üzrə keçirilmiş kotirovka sorğusunda MMC bu VÖEN-lə (4700367351) müqavilə bağlayıb. Amma 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tenderdə müqavilə bağlanılmış podratçı “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilsə də, VÖEN (1400122681) “MUĞANBANK” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Burada maraqlı situasiya yaranır. Universitet təbii ki, əsaslı təmirə 8 360 635.26 manat vəsaiti Təhsil və Maliyyə nazirliklıkləri ilə razılaşdırılmadan ayıra bilməzdi.Həmin dövrdə isə sözügedən nazirliyə hazırki Xarici İşlər naziri Ceyhun Bayramov rəhbərlik edirdi.Yusif Yusifovun qardaşı Cavanşır Yusifovun Maliyyə Nazirliyində Aparat rəhbəri olduğu da heç kimə sirr deyil.Buradan belə çıxmırmı ki, universitet vəsaiti təmir adı ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC-nın hesabından “MUĞANBANK”a köçürüb? Təbii ki, bu bizim təxminimizdi.Bu belə olmaya da bilər.Çünki, 21 yanvarda Universitetin Tender Komissiyasına göndərdiyimiz sorğu məktubuna hələ də cavab gəlmədiyindən.ancaq təxmin edə bilirik.Amma mövzu ilə bağlı Gəncə Dövlət Universitinin rəhbərliyindən cavab gözləyirik.Çox bilmək istəyirik ki,Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirib.
Universitetdə rektor Yusif Yusibovun “qara kassa”sı “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı Şahin Xurşudovdur. Asif Cavadov estafeti ona ötürüb. Bu adam hər yerdə deyir ki,mən mini rektoram. Rektor Yusif Yusibovda başa düşür ki, universitetdə “kölgə iqtisadiyyatı” Şahin Xurşudovsuz mümkün deyil. Şahin Xurşudov bu “məsuliyyətli” tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun “qara kassa”sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində “Land Cruiser” sürməzdi. Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var.
Şahin Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şahin Xurşudov ixtisasca texnoloqdur, hansısa yollarla iqtisad elmlər namizədi diplomuna da sahiblənə bilib. GDU-da bütün rüşvət kompaniyasına rəhbərliyi Şahin Xurşudov həyata keçirir. Ən gülməli məqamlardan biri də budur ki, hər işlə məşğul olmağı bacaran Şahin Xurşudov sən demə həm də kafe işlətmək qabiliyyətinə malik imiş. Universitetlərin bütün korpuslarında və tələbə yataqxanalarında olan bütünı kafelər ona məxsusdur, hərçəndki, bu kafe işində pandemiya onu xeyli ziyana salıb.
Yusif Yusifovun qocalığı ilə əlaqədar hüşsuzluğundan istifadə edərək Şahin Xurşudov, Vasif Həsənov, Fəxrəddin Həsənov, Asif Cavadov hərəsi bir əmr förmalaşdırır, bu əmrlərin də forma və məzmunu gün ərzində bir neçə dəfə dəyişir. Rektor nənələri erməni olan, Gəncəyə raket atılanda evinə raket düşərək yaralanan Kalina Qriqoryanın nəvələri, vaxtı ilə Məmməd Əmin Rəsulzadəni söyən deputat Naqif Həmzəyevin qayınları, Soros fondunun yetirmələri Vasif və Asif Həsənov qardaşlarının əlində oyuncağa çevrilib.
GDU-da Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi adlı bir təşkilat da var. Bu təşkilatın sədri 2010-cu ildən Pərviz Adıgözəlov təyin olunub. Pərviz Adıgözəlovun artıq 43 yaşı var, baba olmağına baxmayaraq hələ də adında “azad” sözü olan, amma özü azad olmayan Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. Bu şəxs fondun pullarını istədiyi kimi xərcləyir, hələ bu günə qədər bir nəfər maddi vəziyyəti ağır olan tələbəyə maddi yardım etməyib. Edilən yardımlar özünə yaxın olan tələbələrin adına yazılaraq Pərviz Adıgözəlov tərəfindən mənimsənilir. Bu adam rektorun xəbərdaşıyanı funksiyasını yerinə yetirdiyinə görə hələ də həmin vəzifədə saxlanılır.
Pərviz Adıgözəlov heç bir elmi dərəcəsi olmasa da Ekologiya kafedrasında 0,5 ştat müəllim vəzifəsində də çalışır.Bu kafedrada laborant Sevinc Mahmudova biologiya üzrə elmlər namizədi olsa da müəllim vəzifəsinə keçirilmir,elmi dərəcəsi olmağına baxmayaraq ona dərs verilmir.Amma kafedra müdiri,Sevda Əhmədova Sevinc Mahmudovaya yox, heç bir elmi dərəcəsi olmayan Pərviz Adıgözəlova dərs verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir