Manşet

“Samir Şərifovun yeri Səlim Müslümovun yanında olmalıdır” – Qubad İbadoğlu

“Maaş, pensiya və müavinətlər artmayacaq, əksinə vergilər, rüsumlar və cərimələr qaldırılacaq”.

Bunu Maliyyə Nazirliyinin fəaliyyətini dəyərləndirən iqtisadçı, Azərbaycan Demokratik Rifah Hərəkatının sədri Qubad badoğlu deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi öz fəaliyyəti ilə büdcənin talanmasına yol açır və maliyyə naziri Samir Şərifov bu vəziyyətə görə cavab verməlidir: “Hər il birəfəlik təyinatlı xərclər adı ilə bölüşdürülməyən vəsaitlər üzərində son təyinatı icra hakimiyyəti sərbəst müəyyənləşdirir, parlamentlə razılaşdırmadan kimə və harasa istədiyi qədər pul ayırır. Parlament Hesablama Palatasının rəyinə əsasən icra büdcəsinin qəbulunu səs verməməlidir, amma əksini edir. Ötən ilin dövlət büdcəsində bölüşdürülməmiş (birdəfəlik təyinatlı) xərclər üzrə 5225,1 milyon manat vəsait nəzərdə tutulub. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə əsasən onun yalnız 257 milyon manatı Dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilib. Bəs yerdə qalan 4968,1 milyon manatı necə olub, hara xərclənib, kim xərcləyib?!

“Hesabalama Palatası rəyində qeyd olunur ki, onun 97,8 faizi və ya 4858,7 milyon manat sonradan müəyyən edilmiş təyinat üzrə xərclənib. Lakin bu vəsaitin hansı əsasla və nəyə görə xərclənməsi suallarını parlament Maliyyə Nazirliyi qarşısında qaldrmayıb. Maliyyə naziri Samir Şərifovun yeri Səlim Müslümovun yanında olmalıdır. O talanan büdcəyə görə əvvəl-axır cavab verəcək. Dövlət büdcəsinə yığılan pullar xalqın sərvəti olan neft-qaz satışından əldə edilən gəlirlərdən, istehlakçıların və biznesin ödədiyi vergilərdən, rüsumlardan, cərimələrdən formalaşır. Öz pulunun qədrini bilməyən, onu korrupsionerlərin idarəçiliyinə verən xalq ac-yalavac qalmağa, yoxsulluq və səfalət içində yaşamağa məhkumdur. Heç nə gözləməyin”, – deyə iqtisadçı bildirib.
//arqument.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir