Manşet

İTTİHAM!! Şimal rayonlarında bağçılıq və tərəvəzçilik məhv olub.

Quba rayonu ərazisində su problemi yaşanır. Samur Abşeron kanalında nümunə üçün su yoxdur. Kanaldan gelen su bəzi oliqarxların hektarlarla ərazidə yaratdığı göllərə yönəldilib. Kanala su buraxılmır.
Teref.az xəbər verir ki, bunu əslən Quba rayonundan olan jurnalist Dəyanət Azərsoy yazır. Daha sonra jurnalist yazır:
Qeyd edək ki,bu kanalın suyu birbaşa Taxta körpü su anbarına ordan da Ceyranbatan su anbarına axıdılır.
Həmin kanaldan gedən sudan da Quba , Şabran və Siyəzən rayonlarında əhalinin suvarmada təlabatını ödənilməsi üçün limitle su verilirdi.
İndi isə bu suyun verilməsi dayandırılıb. Adı çəkilən rayonlarda bağçılıq və tərəvəzçilikle məşğul olanlar çarəsiz vəziyyətdə qalıb. Yerli sakinlər bildirir ki, bir ayddan çoxdur ki, suvarma üçün su tapılmır.Samur Abşeron kanalından suyun verilməməsi işlərini daha da çətinləşdirib.
Bundan əlavə çaylarda da su yoxdur. Bəzi çaylar var ki Qubanın Qudyalçay, Vəlvələçaykimi böyük çayları orda su olsa da daş karxanaları suyun kəndlərə buraxmırlar. Onlar da çaylarda xüsusi su gölləri yaradıblar . Gələn suyun qabağını kəsib həmin göllere axidirlar.Hazirda şimal rayonlarında bağçılıq və tərəvəzçilik məhv olub.
Teref.az olaraq aidiyyatlı orqanların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir