Səhiyyə

Xəstəxana rəhbəri həkimi İNTİHAR həddinə çatdırdı – TƏBİB niyə SUSUR?

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda maliyyə fırıldağı və İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında yaşanan qalmaqalla bağlı bir yazı dərc etmişdik. Yazıda Labaratoriya həkimi Aynur Əsədlinin saytımıza açıqladığı Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri Nuriyyə Səlimovadan şikayəti, işçilər arasında ayrıseçkilik və fəaliyyətində yol verdiyi özbaşınalıqlarla bağlı iddialarını qeyd etmişdik. Bir aydan çoxdur Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin araşdırma apardığı məsələ ilə bağlı hələki nəticə yoxdur.

Bizim.Media xəbər verir ki, şikayətçi Aynur Əsədli “Facebook” hesabında çalışdığı qurumda ciddi təhdid və təzyiq altında olduğunu qeyd edib.

O, Həqiqət Qədirovanın özbaşınalıqlarından dolayı intihar həddinə çatdığını bildirən Aynur Əsədli TƏBİB idarə heyətinin sədri Ramin Bayramlıya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman xanım Səbinə Əliyevaya, Baş Prokuror Kamran Əliyevə açıq məktub ünvanlayıb.

Həkim məktubunda çıxış yolu olmadığını, 3 ildən çoxdur ki, çalışdığı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda arzuolunmaz və qeyri-münasib əmək şəraitinin mövcudluğundan təngə gəldiyini, vurğulayıb.

“Həqiqət Qədirovanın təşəbbüsü və hamiliyi ilə 3 il əvvəl institutun “kliniki-diaqnostika laboratoriyasına” şöbə müdiri təyin edilmiş Səlimova Nuriyyə Arif qızı bu günə qədər başda mən olmaqla şöbənin bir sıra işçilərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-adekvat münasibət sərgiləyib. İşçilər arasında inciklik salmaq, bir-birinin üzünə durmağa məcbur etmək, onlar haqqında əsassız təqdimatlar yazmaq, konfilikt yaratmaq, konkret olaraq sağlam əmək mühitini sıradan çıxardan bu və bu kimi əməllər nümayiş etdirməklə məşğuldur. İki gündür ki, laboratoriyanın soyuducularına “mürəbbə” qoyulması və bu halın sanitar qaydalara uyğun olmaması iddiası ilə şöbə müdiri Nuriyyə Səlimova rəhbərliyə əsassız təqdimatlar yazır.

İşçilərin əlavə edilən izahatlarının fotolarından da görmək mümkündür ki, bu məsələ, haqqında söz açdığım şöbə müdirinin məqsədyönlü təxribatını və qərəzli duyğularını ifadə edir.

Belə bir arzuolunmaz şəraitdə işləyib usanmamaq əlbəttə ki, qeyri-mümkündür. Əsəb, gərginlik, diqqət pozğunluğu, strees dözülməz həddə çatıb. Dəfərlələ bu barədə TƏBİB-ə müraciətlər edilib. Lakin araşdırılma aparılmayıb. Şikayətlər Həqiqət Qədirovanın üzərinə qayıdıb. Səsimizi eşidən olmayıb”.

Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyəti ən çox tənqid edilən tibb müəssisələrindəndir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir