Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər ərazisinin işiqlandırma sistemlərində təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Ölkə.az”ın məlumatına görə, tenderin qalibi “Aran Tikinti-Quraşdırma” MMC olub. Qalib şirkətlə 1 mln 154 min 536,9 manat olub.
Qeyd edək ki, “Aran Tikinti-Quraşdırma” MMC 29.07.2020 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Cəfərov Maşallah Möhsüm oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 51 m. 1-dir.