Manşet

Qaxda başçıya etirazlar davam edir… – Bu dəfə…

Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinin üzləşdiyi problemlər və ağır mənzil şəraiti ilə bağlı sosial şəbəkələrdə etirazlar davam etməkdədir. Qax sakinləri bu məsələ ilə bağlı Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi və Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovu sərt tənqid edirlər.

Əslən Qax rayonundan olan və hazırda ABŞ-da yaşayan tanınmış iş adamı və sabiq diplomat, qaxlılar arasında nüfuz sahibi olan Paşa Xəyyam oğlu Məmmədov Qax.org.az saytı ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı narahatlığını ifadə edib.

Facebook tərəfindən 30 günlük blok olunduğunu bildirən Paşa Məmmədov saytımız vasitəsilə sözügedən məsələyə münasibət bildirib.

Paşa Məmmədov Şəhid ailəsinə zülm edənlərin bizlərdən biri olmadığını deyib: “Bu, böyük bir biabırçılıqdır, məmur özbaşınalığı və məmurun öz səlahiyyətlərini icra etməməsidir. Şəhid ailəsinə bu münasibəti göstərən, onlardan rüşvət tələb edən məmurlar azərbaycanlı adlana bilməzlər. Onlar barəsində cinayət işi açılmalıdır. Əsas probem klan idarəçiliyidir ki, bunun fəsadlarını Qaxda görürük.”

Hər kəsi bu məsələyə münasibət bildirməyə səsləyən Paşa Məmmədov sosial şəbəkələr vasitəsilə Şəhid ailəsinə edilən zülmə susmamağa çağırıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir