İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktına görə Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bidirilib ki, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.