Səudiyyə Ərəbistanın xüsusi təyinatlı qüvvələri Yəməndə İŞİD terror təşkilatının liderlərini ələ keçirib.
Publika.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA bildirib.
Ələ keçirilən terrorçular arasında İŞİD-in Yəmən qolunun lideri Əbu Osama əl-Muhacir, həmçinin təşkilatın maliyyə işləri üçün məsul şəxsin olduğu bildirilir.
Terrorçuların iyun ayının 3-də tutulduğu, görüntülərin isə yalnız indi dərc edildiyi deyilir. Agentliyin məlumatına görə, əməliyyat zamanı çoxlu silah, döyüş sursatı və telekommunikasiya avadanlıqları ələ keçirilib.