Rusiya Federasiyasının Buryatiya Respublikasında An-24 sərnişin təyyarəsi qəza enişi edib.
Zirveyolu.info unikal.org-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 pilot həlak olub, 22 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib, digərləri yaralananlar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxıb və binaya çırpılıb. Təyyarə bundan sonra yanmağa başlayıb.