Sosial

Fuad Abbasovun evini əlindən aldılar

Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovun səhhəti yaxşı deyil.

Moderator.az xəbər verir ki, bu haqda Modern.az-a F. Abbasovun atası Malik Abbasov bildirib.

 

O bildirib ki, Fuad Abbasovun indi həyəcanlı vaxtıdır.

 

“Səhhəti hələ o qədər də yaxşı deyil. Hazırda özünü pis hiss edir. Bakıya məcbur göndərdilər Fuadı. Əgər Bakıda iş verilsə, Fuad burda yaşayacaq.

 

Orada evini də əlindən aldılar. Fuad 3-4 gün ərzində mətbuata geniş məlumata verəcək”.

 

Qeyd edək ki, jurnalist F. Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb.

 

Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb.

 

 

  • Abbasov Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılırdı.

 

 

O, mayın 25-də axşam  saatlarında jurnalist  Rusiyadan Azərbaycana deportasiya edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir