Manşet

Sanatoriyada döyüldüyünü deyən qazi ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Bakıda qazi ilə Bilgəh Kardioloji Sanatoriyasının mühafizəçisi arasında baş verən insidentə aid videogörüntü yayılıb.
Qazi Nəsimi Dadaşlı bildirib ki, digər qazilərlə sanatoriya ərazisində çimərlikdə istirahət etdikdən sonra taksi sifariş ediblər və mühafizəçi həmin taksini çimərliyə buraxmadığı üçün mübahisə ediblər. N.Dadaşlı əlbəyaxa dava zamanı döyüldüyünü iddia edib.
DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “qafqazinfo”ya açıqlamasında bildirib ki, paytaxt sakini, 1974-cü il təvəllüdlü Dadaşlı Nəsimi Qəmbər oğlu iyulun 18-i gecə saat 03 radələrində Sabunçu rayon Polis idarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edib: “O bildirib ki, saat 02:40 radələrində Bilgəh qəsəbəsində yerləşən Kardioloji Sanatoriyanın mühafizəçisi Əliyev Ziya Zəlimxan oğlu ilə aralarında baş verən mübahisə zamanı yumruqla baş nahiyəsindən xəsarət yetirilib”.
Fakt üzrə hər iki şəxsin 14-cü PB-də izahatları alınıb. Kardioloji Sanatoriyanın mühafizəçisi izahatında bildirib ki, Nəsimi Dadaşlı da ona xəsarət yetirib. Hər iki şəxsin müraciətləri əsasında ekspertizalar təyin edilib və toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ istintaq idarəsinə göndərilib.

Gundelik-baku.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir