2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
***
“Qəbələ”nin heyətinə qatmağa hazırlaşdığı Kutaisi “Torpedo”sunun yarımmüdafiəçisi Merab Qiqauri Bakıya gəlib.
Bu barədə Qol.az-a əyalət klubunun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, bu gün 26 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 1 illikdir.
Qeyd edək ki, “Torpedo”nun yetirməsi olan Qiqaurinin karyerası əsasən öz ölkəsi ilə bağlıdır. Müxtəlif vaxtlarda Gürcüstanın “Metallurq” (Rustavi), “Spartak” (Tsinvali), “Kolxeti-1913” klublarında çıxış edən təcrübəli oyunçu 2011-2012 mövsümündə Polşa “Yagelloniya”sının da formasını geyinib.
Xatırladaq ki, “qırmızı-qaralar” buna qədər “Zirə”dən Kamal Mirzəyevlə Sadiq Quliyevi, həmçinin ispaniyalı futbolçu Fernan Ferreyranı transfer edib.