Ötən əsrin 90-cı illərindən sonra Azərbaycanda türk restoran və kafelərinin sayı durmadan artmağa başladı.
Əlbəttə, bizimlə qardaş olan Türkiyənin tanınmış restoran şəbəkələrinin ölkəmizə ayaq açması müsbət haldır. Və sözün düzü, əhalimiz də türk mətbəxini sevir.
Ancaq ölkəmizdə tütk şirkətlərinin, məktəblərinin açılması sonradan müəyyən problemlər də gətirdi.
Məsələn, vaxtilə ölkəmizdə Qafqaz universiteti də çox məşhur və sevilən idi. Ancaq sonra bəlli oldu ki, bu boyda təhsil ocağının arxasında Türkiyəyə düşmən mövqedə dayanan Fətullan Gülən durur. Yəni məqsəd bambaşqadır. Ona görə də ölkə rəhbərliyi səviyyəsində qərar verildi və Fətullah Gülənin “Qafqaz” universiteti bağlandı.
Bu misalı çəkməkdə məqsədimiz odur ki, Türkiyə şirkətlərinin olması özlüyündə pis hal deyil, amma sabah bunun arxasından nələrin və kimlərin çıxacağı qaranlıqdır.
Biz ölkəmizdə geniş yayılan “Büyük Fırat”ın üzərinə kölgə salmaq fikrindən uzağıq. Amma..
Amması odur ki, Azərbaycanın qida sektorunda, ictimai-iaşə sahəsində “Büyük Fırat”ın öz xüsusi çəkisi olsa da ona ciddi nəzarət yoxdur.
Restoran, dönərxanalar kimi geniş şəbəkəyə sahib olan “Büyük Fırat” ölkəmizdə qida sahəsinə nəzarət edən dövlət qurumlarının diqqətindən görəsən niyə kənarda qalıb ?
Bakının ən gur məkanlarında, metro çıxışlarına yaxın ərazilərdə, şəhərin mərkəzində “lövbər” salan “Büyük Fırat” şəbəkəsi barədə vergi orqanları da sanki görməzlikdən gəlirlər.
Müxtəlif çeşiddə yeməklər, lahmacunlar, dönərlər və digər qidalar hazırlayan “Büyük Fırat” şəbəkəsi artıq Azərbaycan mətbəxində özünə əməlli-başlı yer edib.
Bir daha təkrar edirik ki, qardaş türk mətbəxinin yayılması yaxşıdır. Ancaq müştəri məmnunluğu deyilən bir qayda da var. Bəs bu nə yerdədir ?
Bəli, müştərilərin Böyük Fıratdan narazılıqları çoxdur. Qidaların hazırlandığı ətlərin keyfiyyəti, mənşəyi bəlli deyil.
Yeri gəlmişkən, bir nəfər tanışımız dedi ki, uzun illər Bakıdakı restoranlarda vaxtı keçmiş dəvəquşu ( strasus ) əti verilirdi, ancaq müştərilər bilmirdi.
Bu məsələ ölkəmizdə çox aktualdır. Çünki hər il ölmüş heyvan cəmdəklərini dönərxanalara satanlar həbs olunsa da yeniləri peyda olur. Leş Tofiq gedir, yerinə Eşşək Mahir gəlir. Ona görə də Azərbaycan istehlakçısı həmişə yediyi dönərin, yeməklərin mənşəyini bilmək istəyir. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hələ də öz üzərinə düşən vəzifəni yerinə yetirmir.
Elə bil ki, AQTA-nın sədri Qoşqar Təhməzli “Büyük Fırat”a himayədarlıq edir.
Əgər belə deyilsə, AQTA niyə bircə dəfə də olsun “Büyük Fırat”da monitorinq aparmır, əhaliyə dürüst məlumat vermir.
Pandemiya vaxtı, karantin zamanı “Büyük Fırat” şəbəkəsinə aid olan obyektlərdə niyə maska taxılmır ?
Niyə, bircə dəfə də olsun Vergilər Nazirliyi bu boyda şəbəkənin vergidən yayınmasını araşdırmır ?
Bu şəbəkənin obyektlərində çox nadir hallarda kassa aparatına rast gəlmək olar. Bəs onda şəbəkənin vergiləri necə hesablanır ?
Kifayət qədər dövriyyəsi olan bu restoranların, kafelərin müştəriləri deyirlər ki, çox vaxt müxtəlif dini sektaların, dini təriqətlərin üzvləri olur. Hətta, “Büyük Fırat”ın vəhabilərin görüş yeri olduğunu da deyənlər var.
Bəs müvafiq qurumlar nə fikirləşir ?
Niyə tədbir görmürlər ?
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil.
Bizdən deməkdir. Əgər eşidən olsa… //gundelik-baku.com//