Kriminal Manşet

Bakıda axtarışda olan şəxs özünü partlatdı – Polislər yaralandı

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında qanunsuz silah saxlamaqda şübhəli bilinən 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.

Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb.

Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir