Beyləqanda yaşayan qazi xanımı Türkan Nəsirli yerli ATS-dən şikayətçidir. Reportyor.info bildirir ki, Vətən müharibəsinin iştirakçısı olmuş və hazırda yenə də xidmətdə olan qazinin həyat yoldaşı yaşadığı evə internet çəkdirə bilməməsindən narazıdır. Onun sözlərinə görə, Beyləqan ATS-dən deyilib ki, portal olanda xəbər veriləcək. Portal bir müddət sonra gəlib və ailəyə deyilib ki, cəmi bir ədəd qalıb, o da 182 manata…
Qonşularının cəmi 30 manata internet xidməti qoşduğunu deyən T. Nəsirli baş verənləri özbaşınalıq adlandırır. Onun sözlərinə görə, qazi 3 medala layiq görülüb, Zəngilan rayonunda xidmətdədir, ATS əməkdaşı isə telefonda “şifrəli” danışaraq 1 8 2 deyir, yəni 182 manat verin. T. Nəsirli bildirir ki, bu qədər pul tələb olunmalı deyil.