Xəbər verdiyimiz kimi, iyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.
Belə ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: “Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.
Bəs sərxoş halda polisi döyən deputat Eldəniz Səlimov kimdir?
Bakupost.az onunla bağlı araşdırmanı təqdim edir:
Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məкtəbi bitirib. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.
Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov, 2011–2012-ci illərdə “TexnikaBank” ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışdı. 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin “Üfuq” İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov, 2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü vəzifəsində çalışıb. Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüкsemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.
Qeyd edək ki, ötən ayın 3-də isə E.Səlimovun şirkət sahibi olan atası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı.
Məlumatda bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Xaçmaz rayonunun Fərzəlioba kəndinidə xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyi faktı müəyyən edilib. Araşdırma zamanı təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib.
“Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.