Abşeron rayonunda şəhid İlham Cəfərovun qardaşı üzləşdiyi haqsızlığa dözməyərək damarlarını doğrayıb. Reportyor.info bildirir ki, buna səbəb şəhid qardaşının “Yelo bank” a olan borca görə mülkiyyətinin əlindən alınmasıdır.
Artıq Abşeron rayon məhkəməsinin çıxardığı qətnaməni yerinə yetirən yerli icra şöbəsi tərəfindən mənzil hərraca çıxarılıb. Borcunu ödəyə bilməyən vətəndaşa “Yelo” bankı iddia qaldırıb və nəticədə şəhid qardaşı intihar həddinə çatdırılıb. Qeyd edək ki, məsələ ilə bağlı dövlət rəhbərliyinə müraciət olunub. Şəhid qardaşı şişirdilmiş bank faizinə etiraz edir və bildirir ki, mənzil 36 minə satışa qoyulub. Prezidentin şəhid ailələrinə olan diqqətinə baxmayaraq, məmurların, kommersiya subyektlərinin onları incitməsi, intihara sürükləməsi dövlətə qarşı məsuliyyətsiz siyasətdir.