Manşet

Tarix müəllimi Hacıqabul rayon xəstəxanasından şikayətçidir – “Allergiyam olduğu halda mənə peyvənd vuruldu və…”

Müşfiq Qardaşəli oğlu Nağıyev Hacıqabul rayon xəstəxanasından şikayətçidir.

O, Cebhe.info-ya müraciət edərək allergiyası olduğu halda ona vaksin vurulduğunu və ondan sonra vəziyyətin ağırlaşdığını iddia edib.

Tarix müəllimi Hacıqabul rayon xəstəxanasından şikayətçidir

“Saatlı rayon sakiniyəm, lakin Hacıqabul rayonu, Kolanı kənd tam orta məktəbində tarix müəllimi işləyirəm. 14 aprel tarixində Hacıqabul rayonunda vaksin vurdurdum. Lakin vaksin vurdurmamışdan əvvəl komissiyaya bildirdim ki, mənim allergiyam var, peyvənd mənə pis təsir göstərə bilər. Bildiyimə görə, allergiyası olan şəxslərə vaksin vurulmur. Lakin komissiyada əyləşən işçilər bildirdilər ki, heç bir şey olmaz və heç bir tibbi müayinə aparmadan vaksin vurdurmağa yönəltdilər.

Xatırladım ki, həmin komissiya heç kimi müayinədən keçirmədən, yoxlamadan vaksin vurur. Vaksin vurdurandan 1 gün sonra məndə allergiya daha da şiddətləndi, çox ağır hala düşdüm. 20 gün belə vəziyyətdə oldum. Xeyli müalicələr etdirdim və bir az yaxşılaşdım. Dəfələrlə Hacıqabul rayon xəstəxanasına bu barədə müraciət etsəm də, baxılmadı, əhəmiyyət vermədilər”,-deyə şikayətçi bildirib.

Tarix müəllimi Hacıqabul rayon xəstəxanasından şikayətçidir

Müşfiq Nağıyev əlavə edib ki, 2 dəfə Səhiyyə Nazirliyinə, 3 dəfə İcbari Tibbi Sığorta Agentliyinə komissiyanın səhlənkarlığı və məsuliyyətsizliyi barədə yazılı müraciət etsə də, heç bir nəticəsi olmayıb:

“Bu, insan sağlamlığıdır, insan sağlamlığına bu qədər məsuliyyətsiz, səhlənkar yanaşmaq olmaz. O günlərdə Səhiyyə Nazirliyi açıqlama verir ki, vaksindən sonra bizə halı pisləşmə ilə bağlı şikayətlər daxil olmayıb, bu sevindirici haldır. Amma mən dəfələrlə həmin qurumlara müraciət etmişəm, heç birinə də baxılmayıb və nəticə barədə məlumat verilməyib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir