Kriminal

Bakıda dəhşət — Məcburi köçkün özünü asdı

Bakıda intihar olub.

“Ölkə.Az”ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında qeydə alınıb.

Orada məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün, 1983-cü il təvəllüdlü Pərviz Fikrət oğlu Həsənov sanatoriyanın damındakı borudan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir