Rafiq Aslanovun icazəsi olmadan Zaur Mikayılov heç bir işin icrasına imza atıb, razılıq vermir – NARAZILIQ
2021-ci il aprelin 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətinin inkişaf etdirilməsi üçün yeni sədri təyin edilsə də, qurumda baş verən neqativ halların çoxalması yaxşılığa doğru dəyişikliyin və irəliləyişin olmadığını göstərir.
Sözügedən təyinatdan 4 ay keçməsinə baxmayaraq, bu qurumda hələ də rüşvətin kökünü kəsmək mümkün olmayıb.
Belə ki, Azadmediatv.com-a daxil olan məlumata görə, prezidentin etimad göstərib, dövlətin strateji əhəmiyyətli qurumuna sədr təyin etdiyi Zaur Mikayılov belə, bu, prosesin qarşısını almaqda acizdir. Səbəb olaraq isə, kollektiv arasında səsləndirilən fikirlərə görə, sədrin maliyyə məsələləri üzrə müavini Rafiq Aslanovun ASC-də idarəçiliyi və Z.Mikayılovu pulla ələ almağı bacardığı göstərilir. Bu cür söz-söhbətlər isə sözügedən ASC-nin əmək kollektivinin haqlı narazılığına səbəb olub.
Belə ki, kollektivin ayrı-ayrı şəxslərinin verdiyi məlumata görə, hətta Rafiq Aslanovun icazəsi olmadan qurumun sədri Z.Mikayılov belə, heç bir işin icrasına imza atıb, razılıq vermir. İyunun 29-da “Xəzər” TV-də yayımlanan süjetdə “Şirvan” Meliorasiya Təmir Zavodunda (https://www.youtube.com/watch?v=qYIYtEgxi2g ) işçilərin 6 aydır əmək haqlarını ala bilməmələri də qeyd olunub. Belə ki, “Xəzər” TV-nin efirində verilən sujetdə narazılıq edən işçilərin səsləndirdiyi fikirlər ASC rəhbərliyini bir xeyli təşvişə salıb.
Qeyd edək ki, hələ 2020-ci ildə Rafiq Aslanovun göstərişi ilə ASC-nin bəzi idarələri zavodla (12 000 000 (on iki milyon) AZN məbləğində) müqavilə bağlayaraq, işləməyə məcbur ediliblər. Buna baxmayaraq, yerlərdə heç bir iş görülməyib, nəqdləşdirilən vəsait isə faizi çıxılmaqla ona geri qaytarılıb. Bu səbəbdən də zavod işçilərinin 250 AZN miqdarında əmək haqlarını ala bilməmələri təəccüblü görünmür.Problem “Xəzər” TV-də yayımlandıqdan sonra ASC-nin məsul şəxsi Rafiq Aslanovun göstərişi ilə onun “kassiri” – ASC-nin baş mühasibi Elşad Tağızadə ötən ay (17.07.2021-ci ildə) Şirvan şəhərinə yollanaraq, gecə ilə ətraf rayonların (Neftçala Suvarma Sistemləri İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Hacıqabul Suvarma Sistemləri İdarəsi, Pirsaat QSTSİ, Sabirabad Suvarma Sistemləri İdarəsi, Saatlı Suvarma Sistemləri İdarəsi, Kürdəmir Suvarma Sistemləri İdarəsi ) müdirlərini Şirvan Meliorasiya Təmir Zavodunda bir araya toplayaraq, Zaur Mikayılovun “tapşırıq və tələbini” onlara çatdırıb. Bundan dərhal sonra isə gecə ilə geri, Bakıya qayıdıb.
Mənbə səfərin ən maraqlı tərəfini şərh edərkən bildirib ki, Rafiq Aslanovun “kassiri” kimi tanınan baş mühasibin gecə ilə Şirvan şəhəri və ətraf rayonların aidiyyatı üzrə müdirlərini Şirvan Meliorasiya və Təmir Zavodunda toplayaraq, hər birindən müəyyənləşdirilmiş faizdə məbləğin yığılıb “şefə” təqdim olunmasını tələb etməsi hər kəsi təəccübləndirib. Bəs, görəsən, baş mühasibin Şirvan şəhərinə müəmmalı səfərinin arxasında daha nələr dayanır?!
Görünən odur ki, Zaur Mikayılov ASC-də rüşvət və korrupsiyanın qarşısını kəsmək əvəzinə, ona şərait yaradanlara meydan verib. Məhz, bu səbəbdən də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrinin rəhbərliyi dövründə Şirvan və Aran rayonlarının kəndliləri nəinki əkinlərini suvarmağa, heç heyvanlarlna da verməyə su tapmır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi sadalanan, narazılıq yaradan problemləri aradan qaldırmaq əvəzinə, ertəsi günü – 18.07.2021-ci ildə eyni “müşavirəni” Bakı şəhərində “Yeganə” Şadlıq Sarayının ətrafında yerləşən kafelərin birində digər rayonların müvafiq şəxsləriylə (Bərdə, Göy-Göl, Samux, Şəmkir və digər rayonlar) birlikdə keçirərək, guya “şefin” tapşırıq və tələblərini çatdırıb.
Bütün bunlardan hiddətlənən narazı işçilər isə düşünür ki, ASC-də sədrlər dəyişsə də, idarəetmə prinsipi dəyişməyib. Onların fikrincə, bu cür yarıtmaz, köhnə “metod”larla fəaliyyət göstərməyə davam edən bəzi məsul şəxslər əslində, Z.Mikayılovla əmək kollektivi arasında dərin uçrum yaratmaq, son zamanlar Prezident İlham Əliyev tərəfindən təyin olunan gənc və perspektivli hesab edilən bəzi kadrları gözdən salaraq, onların haqqında göstərilən etimad və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, birdən-birə varlanmaq istəyən, bununla da korrupsiya və rüşvətə münbit şərait yaradan biri kimi fikir formalaşdırmaq istəyirlər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin maliyyə məsələləri üzrə müavinin fəaliyyətindən narazılıq edən kollektiv ümid edir ki, sözügedən qurumun rəhbəri Z. Mikayılov bütün bunların qarşısını almaq üçün göstərilən faktları araşdırıb, onunla ASC-nin üzvləri və əməkdaşları arasında yaranan problemi kökündən həll edəcək. Çünki ASC-də işin təşkili və görünənlər heç də ürək açan deyil. Bütün bunları aradan qaldırmaq üçün isə isdə və fəaliyyətdə kollektivlə münasibətlərdə obyektiv yanaşmaya ehtiyac var.
Azadmediatv.com