Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq.
Artıq binanın təmiri ilə bağlı tender elan edilib.
Təmir-bərpa işlərini həyata keçirəcək şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub.
Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub.
Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.