Rusiyanın İrkutsk vilayətinin iyirmiyə yaxın yaşayış məntəqəsi daşqın altında qalıb.
Daşqına səbəb yağan aramsız yağışlar olub. Nəticədə çaylardakı suyun səviyyəsi iki saat ərzində 40 sm. artıb.
Xilasedicilər Tulun şəhərindən 490 nəfəri təxliyə edib. Onlardan 117-nin uşaq olduğu bildirilir.
İrkutsk vilayətinin üç rayonunda fövqəladə vəziyyət elan edilib. Evakuasiya işləri davam etdilir. Xilasedicilər helikopter, qayıq və xüsusi texnikadan istifadə edir.
[media=https://youtu.be/r9QcE4RPJoI]