Cəmiyyət Manşet

“İkinci dəfə imtina cavabı gəlib, bu dəfə isə…” – Sahil Babayevin daha bir QURBANI…

Mədət Qurbanov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, iyun ayından həyat yoldaşı Səadət Qurbanovanın əlillik pensiyası dayandırılıb.

“Həyat yoldaşım Səadət Qurbanova anadangəlmə ürəkqüsurludur. İkinci qrup əlildir, on beş ildir ki, ildə iki-üç dəfə Topçubaşov adına xəstəxanada müayinə və müalicə olunur. Bu ilin iyun ayından heç bir səbəb göstərilmədən əlillik pensiyası dayandırılıb”.

Şikayətçinin sözlərinə görə, göndərişlə onları Bakıya – Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardioloji İstitutuna göndəriblər.

“Ürəyinin EKQ və EXO-KQ çəkildi. Xəstəxanada qalmaq istəsək də, bildirdilər ki, ciddi xəstəlikdir, müalicəsi yoxdur. Ən ağır formada rəy yazıb bizi göndərdilər”.

M. Qurbanov həmin sənədi İmişli rayon Poliklinikasının həkmi komissiyasına təqdim edib.

“Forma 88 doldurulub alt sistemə vuruldu. İyulun 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə zəng etdim. Oradan bildirdilər ki, imtina cavabı gəlib. Səbəb kimi “Stasionar müalicə bir-biri ilə uyğun gəlmir” göstərilib”.

Mədət Qurbanov deyir ki, sənədlər təkrar sistemə vurulub. İkinci dəfə imtina cavabı gəlib, bu dəfə isə “Müalicəyə ehtiyac var” bildirilib.

Qaşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir