Rusiyanın İrkutsk bölgəsində sel fəlakəti baş verib.
Publika.az-a istinadən xəbər verir ki, aon günlərdə Sibirdə başlayan kəskin yağışlar Tulun çayında daşqınlara səbəb olub.
Təbiət hadisəsi 7 nəfərin həyatına son qoyub. Aralarında uşaqların da olduğu 9 nəfər itkin düşüb. 153 nəfər yaralanıb. Çox sayda ev suyun altında qalıb.
Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə bölgəyə 1300-dən çox əsgər göndərilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb. Açıqlamaya görə, əsgərlər sel fəlakətinin yaratdığı fəsadların aradan qaldırılması, bioloji vəziyyətə nəzarət və yaralıların təxliyəsi üçün xalqa yardım edəcək. Bundan başqa, İrkutska 300 avtomobil, 1 ədəd An-12 təyyarəsi, və 2 ədəd Mi-8 helikopteri göndərəcək. Selin təsirlərinin izlənməsi üçün pilotsuz uçuş aparatları da göndəriləcək.
Bölgədəki yağışların bir neçə gün də şiddətli şəkildə davam edcəyi gözlənilir.