Manşet

Hakimin növbəti qərəzli mövqeyi – ETİRAZ

Xatırladaq ki, hələ 2014-cü ildə həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsində başlayan proses düz 6 ay davam etdi. Hakim Şəlalə Həsənova prosesi düz 6 ay uzatdı. Aprelin 23-də çıxarılan qətnamə isə hakimin cinayətkardan külli miqdarda rüşvət aldığını təsdiqlədi. Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələri ilə təqsiri sübuta yetirilən bir adama 2 il şərti cəza verməklə səhlənkarlıq nəticəsində ölümə səbəb olan, sonra da cəzadan yayınmaq üçün sənəd saxtalaşdıran bir adamı həmin vaxt Nəsimi rayon Məhkəməsinin hakimi olan Şəlalə Həsənova yalnız rüşvət aldığı üçün həbs etmədi. Həmin vaxt bu hadisə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. Amma görünür cəzasızlıqdan ruhlanan hakim Ş.Həsənova həmin əməllərini bu gün də Bakı İnzibati Məhkəməsində davam etdirməkdədir.

Redaksiyamıza müraciət edən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 mart küçəsi ev 47 C ünvanında yaşayan Veyisova Elnarə Varis qızının da şikayəti elə həmin hakimdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Məhkəmə-Hüquq Şurasına və aktualxeber.az-ın redaksiyasına müraciət edən E.Veyisova qeyd edir ki, 2003-cü ildən ailə qurduğu Veyisov İsmayıl Həbib oğlundan 2014-cü ildə məhkəmə qərarı ilə ayrılmışdır və birgə nikahdan doğulan oğlu da onunla qalmışdır. Elnarə xanım 2016-ci ildə yaşadığı ünvana oğlu Veyisov Həbib İsmayıl oğlu ilə birlikdə qeydiyyata düşmüşdür. Keçmiş həyat yoldaşı onu və oğlunu evdən çıxarmaq üçün məhkəməyə müraciət etsə də Ali Məhkəməyə kimi gedən bu iddiası təmin edilməmişdir. Maraqlı burasıdır ki, məhkəmə gedə-gedə və E.Veyisovayla oğlunun xəbəri olmadan keçmiş həyat yoldaşı həmin ünvanda yerləşən evi öz qardaşı Veyisov Valeh Həbib oğlunun adına özəlləşdirərək Dövlət Əmlak Komitəsinin Reyestr Xidmətindən qanunsuz yolla çıxarış da almışdır. Şikayətçi xanım həmin çıxarışın ləğv edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hakim Şəlalə Həsənova isə heç bir qanunlara və prosedurlara sığmayan hərəkət edərək 18 aya yaxındır ki, bu prosesi müxtəlif bəhanələrlə uzadır. E.Veyisova qeyd edir ki, keçmiş həyat yoldaşıyla bərabər onun qardaş və bacıları da onu təhdid edərək açıq-aşkar deyirlər ki, “biz hakimdən istədiyimiz qərarı alcağıq, çünki onu çoxdan “görmüşük”, məhkəmə proseslərinin də bu qədər uzanmasını özümüz edirik”. Göründüyü kimi hakim Şəlalə Həsənova yenə də öz qərəzindən qalmaq fikrində deyil. Axı bu işi o havayı etmir. Onun bu hərəkəti isə Elnarə Veyisovanı intihar etmək həddinə çatdırıb. Biz ümidvarıq ki, hakimin bu qərəzindən Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynovun xəbəri yoxdur. Çünki biz onu qanunları şah bilən, dövlətçiliyimizə sədaqətli bir insan kimi tanımışıq. Bizim vasitəmizlə dövlət başçısından və əlaqədar orqanlardan kömək istəyən Elnarə xanım özünün və oğlunun hüquqlarının bərpa olunmasını və günahkarların cəzalandırılmasını istəyir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir