Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihəsi çərçivəsində bu gün bir qrup yol polisi əməkdaşı və nümunəvi sürücülər mükafatlandırılıb.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, qəzaların səbəbləri, qarşısının alınması üçün tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti ilə bağlı maarifləndirmə işləri aparılması, xidmətdə fərqlənən DYP əməkdaşları və nümunəvi sürücülərin cəmiyyətə tanıdılması olub.
“Əsas məqsəd baş verən yol qəzalarının ağır fəsadlara səbəb olması və bu hallardan kimsənin sığortalanmadığını nəzərə alaraq bütün yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə istiqamətləndirmək olub. Bu layihə 5 ildir ki, polis günü ərəfəsində həyata keçirilir. Bu günə qədr 200-nəfərə yaxın polis əməkdaşı mükafatlandırılıb. Bu il yenilik olaraq nümunəvi sürcüləri də seçmişik”.
Bu günki tədbirdə isə 27 polis əməkdaşı və 12 nümunəvi sürücü mükafatlandırılıb. Nümunəvi sürücülərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun imzası ilə diplom və digər hədiyyələr təqdim edilib. Həmçinin Qarabağ döyüşlərində həlak olmuş yol polisi əməkdaşlarının və xidmət zamanı həlak olmuş polis əməkdaşlarının ailə üzvlərinə, Qarabağ döyüşlərində iştirak edən və hazırda xidmətdə olan yol polisləri, son bir ildə nümunəvi xidmət göstərən yol polislərinə də mükafatlar verilib. Xocalı şəhər Yol Polisi Şöbəsindən Əli İmran oğlu Vəliyev (ölümündən sonra) və Cəlilabad DYPB-dən Nağıyev Ehtiram Mirzəxan oğlu – leytenant – (ölümündən sonra) Vətən qarşısında xidmətlərinə görə təltif olunub.
Tədbirdə millət vəkilləri Fazil Mustafa, Şahin İsmayılov, Flora Qasımova, Əflatun Amaşov, Çingiz Qənizadə, Jalə Əliyeva, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsi müavini İbrahim Alıyev, Daxili İşlər Nazirliyinin əməkdaşı polkovbik İlham Babayev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlər əlaqələr şöbəsinin əməkdaşı polkovnik –leytnant Mübariz Ağayev, BDYPİ-nin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovnik-leytenantı Xosrov Nəcəfov, qht və KİV nümayəndələri iştirak edirdi.
Mükafatlandırılan sürücülər Cəfərov Rüstəm Əlismayıl oğlu, Babayeva Kürsüm Fəxrəddin qızı, Babayev İlkin Nəcəf oğu, Aslanov Bayram Mirazim oğlu, Abbasov Nicat Tariyev oğlu, Tanrıverdiyev Xəqani Yaqub oğlu, Qurbanov Rüfət Təhməz oğlu, Əliyeva Arifə Vahid qızı, Qarayev Ruslan Eyvaz oğlu, Nəzərli Vüsal Rüstəm oğlu olub.
Vətənə xidmətlərinə görə mükafatlandırılan polis əməkdaşları Xocalı şəhər Yol Polisi Şöbəsindən Əli İmran oğlu Vəliyev – Vətən qarşısında xidmətlərinə görə təltif olunur (ölümündən sonra), Bakı şəhər DYPİ polkpvnik –leytnant Abbasov Əli Musa oğlu, mayor Xəlilov Fərman Əhmədəli oğlu, – Sabunçu rayon DYPŞ, rəisi Məmmədov Hafiz Abbas oğlu, Pirallahı rayon DYPB rəisi- mayor Həmidov Müştəba Siracəddin oğlu və digərləri mükafatlandırlıb.
Mükafatlandırma mərasimində çıxış edən millət vəkilləri yol polisi ilə bağlı başlarına gələn maraqlı hadisələrdən danışdılar və yol polisinin əhəmiyyətini qeyd etdikər. Xatırladaq ki, 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.