Türkiyənin Antalya şəhərindəki çimərliklərin birində arvadını döyən kişi ətrafdakılar tərəfindən xəstəxanalıq edilib.
Metbuat.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə vəkil A.Aksoy tərəfindən videoya alınıb. O əvvəlcə arvadını döyən şəxsə bağırıb, xəbərdarlıq edib.
Daha sonra ətrafdakı insanlar da məsələyə qarışıblar. Qadını xilas edən ətrafdakılar kişini döyməyə başlayıblar.
Hadisəni çəkən A.Aksoy deyib:
“Qadın sakit bir şəkildə oturmuşdu, kişi saçından tutub sonra döyməyə baladı. Qışqırıb xəbərdarlıq etdim. Mənim reaksiyamdan sonra ətrafdakılar qarışdı. Qadını xilas edib ərini döydülər, mən də videoya çəkdim”.
[media=https://youtu.be/Vr7nOmAJBKE]