Türkiyəyə satılacaq S-400 raketlərinin tədarükü yaxın 10 gün ərzində başlayacaq.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki. bu barədə prezident Rəcəb Tayyip Ərdoğan açıqlama verib.
Türkiyə lideri S-400 raketlərinin alınması ilə yanaşı, ABŞ-dan F-35 qırıcılarının da satın alınacağını, bu məsələdə hər hansı problem olmayacağını dilə gətirib. Ərdoğan ABŞ-la bütün anlaşılmazlıqların yoluna qoyulacağını da əlavə edib.