“Qobustanın icra başçısı hər gün camışlarına baş çəkir, ancaq bizimlə maraqlanmır” – Şəhid ailəsi narazılıq edir
Qobustan rayon icra başçısı Adil Məmmədov şəhid ailəsinə bulaq tikməyə imkan vermir. TİA. Az-ın əldə etdiyi xəbərə görə, Vətən müharibəsinin şəhidi Hacıyev Sərxan Eldar oğlunun xatirəsini əbədiləşdirmək üçün ailəsi doğulduğu Qobustan rayonunda bulaq kompleksi tikdirmək istəyir.
Ancaq icra başçısı buna icazə vermir. İcra başçısı deyib ki, siz tikdirsəniz, o biri şəhid ailələri də tələb edəcək. Bu absurd səbəbi göstərən A. Məmmədov şəhid bulağını belə çox görür. Əvəzində isə Qobustanda satmadığı torpaq, məmurlara pay-püş etmədiyi yer qalmayıb. Bildirilir ki, İH rəhbərinin bu haqsızlığı ilə bağlı Prezidentə müraciət olunub. Lakin icra başçısının bu davranışı anlaşılan deyil. Qoy, bütün Qobustan şəhidləri üçün bulaq tikilsin, burada qəbahət nədir?! Qobustanda restoran, villa tikmək olar, şəhid bulağı yox?