Manşet

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

Sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələrində çalışan işçilərdən COVID-19 paspotu tələb olunacaq.

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində;

-ali və orta-ixtisas təhsili müəssisələrində.

Qeyd edək ki, qərarda marketlərdə, gözəllik salonlarında, biznes mərkəzlərində COVID-19 pasportunun tələb olunması öz əksini tapmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir