Manşet

“Deyiblər ki, bizim DİM-də adamımız var, balı 150-dən aşağı olsa belə, ADAU-ya qəbul etdirəcəyik” – ŞOK İDDİA

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri, dosent Musa Bayramov barəsində sosial şəbəkələrdə şok məlumatlar paylaşılıb. Hurriyyet.az xəbər verir ki, Asef Quluzade adlı Facebook istifadəçisi tərəfindən paylaşılan yazıda M.Bayramov və ADAU-nun sənəd qəbulu komissiyasının sədri Telman Musayev rüşvət almaqda ittiham olunur:

“Musa Bayramov və Telman Musayev 130-dan çox bal toplayan abituriyentləri axtarır, həmin abituriyentlərdən ən azı 12 000 manat rüşvət alırlar və onları universitetlərə qəbul etdirəcəklərini deyirlər. Məlumat üçün bildirək ki, 1-ci ixtisas qrupunda ən aşağı bal həddi 150 bal müəyyənləşdirilib.

Konkret fakt göstərək. ADAU-nun Heyvandarlıq məhsulları texnologiyası kafedrasının müdiri Allahverdiyev Rafiq Bayram oğlu öz yaxın qohumunu universitetə qəbul etdirmək üçün Musa Byramova və Telman Musayevə 12 000 (on iki min) manat pul verib. Bunlar da deyiblər ki, narahat olma, bizim DİM-də adamımız var, balı 150-dən aşağı olsa belə, ADAU-ya qəbul etdirəcəyik.

Maraqlıdır, hər halda hüquq mühafizə orqanları bu faktları araşdırsa, çox şeylər üzə çıxacaq”.

Hurriyyet.az

Redaksiyadan: Qeyd edək ki, bu informasiyanın həqiqət olduğunu iddia etmək fikrindən uzağıq. Odur ki, qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

“Deyiblər ki, bizim DİM-də adamımız var, balı 150-dən aşağı olsa belə, ADAU-ya qəbul etdirəcəyik”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir