Hacıqabulda 7 yaşlı qız uşağı başına daş dəyməsi nəticəsində ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhər sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şəhanə Həsən qızı ötən gün həyətdə həmyaşıdları ilə oynayarkən ona atılan daşlardan biri uşağın başına dəyib. Nəticədə 7 yaşlı qız başından ağır travma alıb. Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən uşağın həyatını xilas etmək mümkün olmayıb. O alıdığı xəsarətlərdən bu gün 08:30 radələrində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.