Rusiya, İran və Azərbaycan prezidentlərinin bu ilin avqust ayının 14-də görüşü gözlənilir.
Azvision.az bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov məlumat verib.
“Yeni format hazırlanıb – Rusiya, İran və Azərbaycan. Belə başa düşürəm ki, görüş 14 avqustda Rusiyada baş tutacaq”, – deyə Umaxanov İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkianla görüşündə bildirib.
Məlumata əsasən 3 ölkənin dövlət başçılarının görüşü Soçidə keçiriləcək.