Manşet

Ağstafa komissarlığında hərbi qulluqçulardan pul alınır – İDDİA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa rayon bölməsində bir sıra xidmətlər rüşvət müqavilində həyata keçirilir.

Xeberfakt.az xəbər verir ki, etibarlı mənbədən 7times.az-a daxil olan məlumata görə, əsasən xidmətə yararsız hərbi qulluqçuların komissiyyadan keçirilməsi zamanı onlardan 200-300 manat arası qanunsuz pul tələb edilir. Bu vəsaitin Hərbi-həkim Komissiyası və bölmənin rəhbər şəxsləri arasında bölüşdürüldüyü bildirilir.

Bundan əlavə hərbi xidmətə səfərbər edilən hərbi qulluqçuların xidmət yerlərinin öncədən təyin edilməsi prosesi hərbi birləşmələrin yerləşdiyi rayonlardan asılı olaraq müxtəlif vəsait müqavilində həyata keçirilir.

Mənbənin verdiyi məlumatda qeyd olunur ki, əgər araşdırılsa, Ağstafa rayonunda xeyli sayda sağlam gənc varki onlar müxtəlif yollarla hərbi xidmətə “yarasızlaşdırılıb”.

Məsələ ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa rayon bölməsi ilə əlaqə saxlayıb səsləndirilən bu iddialara münasibət öyrəndik. Qrumun səfərbərlik şöbəsinin rəis vəzifəsini icra edən baş-leytenant Xəyyam Vəliyəddinov 7Times.az-a bildirdi ki, bütün bu iddialar əsassızdır və yalandır:

“Komissarımız məzuniyyətdədir. Mən sizə deyirəm ki, Əhməd Vəlini öldürüb, ona inanacaqsız? Çox şey danışa bilərlər. Amma mən sizi əmin edirəm ki, onların hamısı yalandır və boş söhbətlərdır. İnanmayın. Biz işimizi ən yüksək formada icra edirik. Mənə deyin görək bu sözləri sizə kim deyib?

Ümid edib inanmaq istərdik ki, hər şey doğurdanda Xəyyam Vəliyəddinovun dediyi kimi yalan və əsassız olsun. Ordunu əsgərlə təmin edən bu cür dövlət əhəmiyyətli bir qrumda bu kimi xoşagəlməz halların baş verməsi heçdə ürəyaçan mənzərə deyil.
[center][img]https://xeberfakt.az/uploads/posts/2021-09/1631284186_seventimes_8c4ea9490ce62ae592ed88db416992d9_lufs6yjregno1hkxp5tz-191×300.jpg[/img][/center]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir