Cəmiyyət

Şükür Astanov HƏBS OLUNACAQMI? – İLGİNC GƏLİŞMƏ

Xatırlayırsınızsa, bir neçə ay əvvəl İmişli rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılmsı, həmin gölməçələrdən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilməsi, rayonun Ağamalı kənd ərazisində qış otlaq və əkinə yararlı torpaq sahələrində süni şəkildə yaradılmış 7 gölün ərtafının tikanlı məftillərlə və kollektor-drenaj kanallarla mühafizə olunmasından yazaraq, kənd təsərrüfatı ilə məşğul olan insanlar su qıtlığından gileyləndikləri halda, sözügedən göllərin su təhcizatı ilə necə təmin olunmasını sual kimi ortaya qoymuşduq. Göllə bağlı araşdırmalarımızı bir qədər də genişləndirdikdə bəlli olmuşdu ki, süni şəkildə yaradılmış balıq gölünün sahib(i)lərindən (şərikləri) biri İmişli rayonunda “xeyriyyəçi” kimi tanınan, uzun illər “Azəravtoyol” ASC – nin 6 saylı Regional Yol İstismarı İdarəsinin müdiri işləmiş, necə deyərlər, hər şeyin yolu yolağasını yaxşı bilən Şükür Astanov və onun digər ortağı hazırda İmişli rayonunda Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur.

Apardığımız araşdırmalardan və etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara gòrə, süni yaradılmış göl kənd təsərrüfat təyinatlı (qış otlaq)torpaq sahəsində, heç bir lisenziya (icra hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ETSN-nin mûvafiq rəyi olmadan yaradılıb. Bizim müraciətimiz əsasında ƏMDX-nin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həmin göllər həqiqətən də Şükür Astanovun icarəsindədir və onun tərəfindən torpaqdan təyinatı üzrə istifadə qaydası pozulub. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə protokol tərtib olunaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə həmin torpaqların balanssaxlayıcısı olan İmişli Rayon İcra Hakimiyyətinə (RİH) göndərilib. Demək, RİH Şükür Astanovla icarə müqaviləsinə xitam verməli, onu təyinatdan kənar istifadə etdiyi torpağın əvvəlki vəziyyətinin bərpasına məcbur etmək üçün məsələ qaldırmalıdır. Lakin RİH-nin bu istiqamətdə gözlədiyimiz addımları ləngiyir, görülməli tədbirlər barədə 20 gündür göndərdiyimiz rəsmi müraciət də başçı tərəfindən hələ ki cavablandırılmayıb.

Paradoksal hal budur ki, eyni zamanda bu müstəvidə araşdırma aparan ETSN – nin bizə ünvanladığı məktub ƏMDX-nin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. ETSN-nin Şirvan 3 saylı Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırmalara görə, guya ki həmin ərazi İmişli RİH başçısınıln sərəncamına əsasən su anbarı yaradılması məqsədilə “Orion – E” MMC-nin icarəsinə verilib və müəssisəyə gələcəkdə balıqçılıqla məşğul olması üçün müvafiq qurumdan icazə alması tövsiyə olunub. Guya orda hər hansı balıqyetişdirmə fəaliyyəti olmayıb. ƏMDX-dən fərqli olaraq ETSN-nin strukturları Şükür Astanovun adını hallandırmağa xəsislik ediblər. Xatırladaq ki, firmanın faktiki sahibi Ş.Astanov olsa da, qabağa verilmiş proxy fiqur müəssisənin icraçı direktoru Qasımov Mürsəl adlı şəxsdir.

Qeyd etməyə dəyər ki, su anbarı heç də ayrı-ayrı sututarlar (dambalar) şəklində olmur. Bizə əvvəllər daxil olmuş məlumata görə 3 saylı Ekoloji təhlükəsizlik İdarəsinin mənsubları sözügedən balıq vətəgələrinin qanunsuz fəaliyyətinə göz yumurlar, yerli icra hakimiyyəti rəhbərliyi isə hətta tamahkar sahibkarları himayə edir. Son məktublaşmalarımızdan həmin məlumatın doğru olduğu qənaətinə gəlirik – bu qurumlar öz əvvəlki maraqlarını qoruyurlar. Başqa sözlə, quyruqlarını daim suda saxlayırlar ki, könülləri balıq istəyəndə yeyə bilsinlər.

RealMedia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir