Cəmiyyət

SOCAR benzinin bahalaşmasının səbəbini AÇIQLADI

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM”markalı yanacaq növlərinin qiymətində artım baş vermişdir. Beləliklə “A-98” 1.90 manata, “A-95” isə 1.60 manat satışı həyata keçirilir.

Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi – “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Unikal.org-a açıqlamasında qiymət artımının səbəbini açıqlayıb:

“Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq ölkəmizə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində bahalaşma baş vermişdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir