Cəmiyyət Manşet

“Azəsun”un tərkibində olan “Azərbaycan Sənaye Sığorta” dəymiş ziyanı ödəmir – NARAZILIQ!

“Azəsun”un tərkibində olan “Azərbaycan Sənaye Sığorta” ASC-dən şikayət var.

Belə ki, şikayətçi Məhərrəmov Elnur Elxan oğlu Sonxeber.az-a bildirib ki, 26 gün əvvəl qəza keçirməyinə baxmayaraq, “Azərbaycan Sənaye Sığorta” ona dəyən ziyanın dəyərindən iki dəfə az məbləğ təklif edir:

“Avqustun 20-də “5 mərtəbə” deyilən yerdə qəza hadisəsi baş verib. Qarşı tərəfin icbari siğortası avtomobilimə baxış keçirib. Üstündən 1 həftə keçdikdən sonra, servislərində yoxlanışın nəticəsi olaraq, dəymiş ziyandan 2 dəfə az məbləğ təklif edilib, mən isə qəbul etməmişəm. Ekspert 1 günə qiymətləndirmə aparıb. “Forma 4” arayışının gəlmədiyini deyib ləngidirdilər. Bir müddət əvvəl isə “İşçimiz mənzuniyyətdədir, sizin işə baxan adam yoxdur” deyirdilər. İndi də qəzadan 26 gün, “1 həftəyə ödəniş edəcəyik” deməklərindən isə 10 gün keçib. Yalnız bu gün yenidən özüm zəng etdikdən sonra akta qol çəkməli olduğumu deyib, ofislərinə dəvət ediblər. Qəzanın 1 ayı tamam olacaq, pul isə hələ 3 günə veririləcək”.

Sonxeber.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir