Braziliya millisinin futbolçusu Villian Amerika kubokunun finalında Peru ilə oyunu buraxacaq.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin turnirin yarımfinalında Argentina ilə görüşdə zədələnməsidir. Tibbi müayinədən keçən Villianın həlledici matçı buraxacağı bildirilib.
Qeyd edək ki, Braziliya – Peru qarşılaşması iyulun 7-i keçiriləcək.