Vəkillər Kollegiyasının sədri Anar Bağırov son zamanlar məhkəmələrin vəkillər tərəfindən qaldırdığı vəsatətləri rədd etməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edib.Sədr son vaxtlar vəkillərin məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən narazı olduğunu bildirib.”Məhkəmə cinayət təqibi ilə bağlı məsələlərin hərtərəfli və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir”.
A.Bağırov dünya təcrübəsindən misal gətirərək bildirib ki, Strasburq Məhkəməsi hesab edir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.Cənab Anar Bağırov təəssüf hissi ilə qeyd edir ki, göstərilən hallar ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində Respublikamızda həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və bu istiqamətdə görülən işlərə kölgə salır.Cənab Anar Bağırov yada salır ki, Azərbaycan Respublikası CPM-nin 121-ci maddəsinin 4-cü bəndinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır.Eyni zamanda həmin Məcəllənin 323-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir və vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır.
Müşahidə olunur ki, cənab Anar Bağırovun həmin müraciəti məhkəmələr tərəfindən hüquqları pozulan vətəndaşlarımızın qəlbində ümid çırağı yandırmışdır. Çox təəsüflər olsun ki sadalanan hallara riayət etməyənlərdən və Azərbaycan Respublikasının qanununupozanlardan biri də Masallı rayon məhkəməsinin hakimi Habil Bəhmənovdur.Bunu “Mediatv.az” saytının redaksiyasına müraciət edən, Bakı şəhər sakini Quliyev Əfqan Bəhlul oğlu bildirib.Şikayətçi xatırladıb ki, iki il əvvəl onun avtomobili Masallı rayonunda qarət olunub. İşə Masallı rayon məhkəməsində baxılıb: “Prosesin gedişində hərəsi 4-5 bənddən ibarət 40-dan yuxarı sayda vəsatət qaldırsam da, hakim Habil Bəhmanov onların heç 5 faizi qəbul etmədi.Hakim,Anar Bağırovun sadaladığı CPM-nin bütün bəndlərinin tələblərini pozdu və mən hesab edirəm ki bu gün də o qanun pozuntusi ilə fəaliyyətini davam etdirir.Qanunlara hörmətsizlik sanki bu şəxs üçün adiləşib. Vəsatətləri rədd etməsinin səbəbini əsaslandırmağa da özünü borclu saymadı. Özünü referi kimi deyil, sanki qoçu kimi apardı,“mən belə istəyirəm, vəssalam” dedi. Nəticədə cinayəti törədmiş dəstənin digər üzvləri azadlığda qaldı.Halbu ki verdiyim vəsatətlərdə hadisənin digər iştirakçılarını üzə çıxarmaq mümkün idi,təqdim etdiyim kamera görüntülərinfə avtomobilimin qarətində bir neçə şəxsin iştirakı aydın görünürdü. Ümumiyyətlə, proses boyu məhkəməyə hər dəfə gedib-gələndə müşahidə edirdim ki, hakim Bəhmənovun ədalətsizliyindən çox sayda vətəndaş şikayətlidir”.
Hakimin qanunsuz əməlindən Məhkəmə-Hüquq Şurasına, Ədliyyə nazirinə, Ombudsmana, Baş prokurora şikayət etdiyini bildirən vətəndaş Ə.Quliyev Ali Məhkəməyə müraciət etdiyini və işi Avropa Məhkəməsinə qədər daşıyacağını bildirir.Habil Bəhmənovun qanunazidd əməllərinə və Azərbaycan qanunlarına olan hörmətsizliyinə dur deyən, görəsən tapılacaqmı?Nə vaxta kimi bu şəxs qoçu qanunlarıyla isləyəcək?Burada haqlı sual ortaya qoyur: “Görəsən, Habil Bəhmənov kimi hakimlər Azərbaycan Respublikası adından nə qədər ədalətsiz qərarlar çıxarmalı, neçə insanın taleyi ilə oynamalı, neçə nəfəri bəxtindən küsdürməlidirlər ki, onların barəsində ölçü götürülsün? Bu məsələdə bir limit varmı?”
Mediatv.az