Görün, İran portalı Prezidentimiz haqqında NƏLƏRİ YAZIR… – “Bakıda İranın əsas əleyhdarı media yox, İlham Əliyevin özüdür”
Azərbaycan prezidenti İlham Əliyevin Anadolu Agentliyinə verdiyi müsahibə İranda şok effekti yaradıb.
Ovqat.com-un məlumatına görə, qonşu dövlətin demək olar ki, bütün KİV-ləri bu müsahibədən bəhs edir.
Ən diqqəti cəlb edən reaksiyanı isə ölkənin “Anaj” nəşri verib.
Portalın “Bakıda İranın əsas əleyhdarı media yox, İlham Əliyevin özüdür” sərlövhəli məqaləsini olduğu kimi diqqətinizə çatdırırıq.
““Anaj”ın sözlərinə görə, 27 sentyabr 2020-ci ildə İkinci Dağlıq Qarabağ Müharibəsinin başlamasının ildönümü münasibətilə Azərbaycan xalqına göndərdiyi mesajda İlham Əliyev İrana qarşı əsassız ittihamlar irəli sürərək onu Ermənistanın yerinə yeni xarici düşmən ölkə kimi təqdim etdi.
Əliyev İranın sərhəd bölgələrindəki hərbi təlimini Azərbaycan Respublikasına qarşı düşmənçilik adlandırdı və İran yük maşınlarının Dağlıq Qarabağa getdiyi iddiasını təkrarlayaraq İranı Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etməməkdə günahlandırdı.
Əliyev açıq bir cəsarətlə, əslində İrana qarşı “dünya azərbaycanlılarının etiraz etdiyini” iddia edərək, ölkəmizi etnik təxribatla hədələdi!
İranın hərbi təliminin səbəbini İlham Əliyev özü hamıdan yaxşı bilir.
Azərbaycan şiə xalqının düşüncəsi bu ölkənin hökumətindən tamamilə ayrıdır.
İlham Əliyev sionist rejimə xidmət etmək və öz hakimiyyətini möhkəmləndirmək üçün Qarabağın azad edilməsində əsas maneə kimi İslam Respublikasını görür, İrana qarşı Qarabağ savaşında pozulmuş planı yenidən işə salmaq istəyir; amma İslam Respublikasının ağıllı, müdrik və məntiqli girişi ilə bu plan baş tutmamışdı.
İslam Respublikası İslam İnqilabının Ali Rəhbərinin qəti strategiyasına əsaslanaraq, geosiyasi sərhədlərinin hər hansı bir dəyişikliyini qırmızı cizgi hesab edir (Şeyxülislam Allahşükür Paşazadə həzrətləri, bəs deyirdin, Ağayi-Xamenei fitva verib? – Ovqat.com).
Əliyev özü bu gün kimin vasitəçisi kimi çıxış etdiyini və əsl məqsədin nə olduğunu bilir.
Onun əsl qorxusu Azərbaycan Respublikası xalqının siyasi mədəniyyətinin artmasıdır və bu səbəbdən də müxtəlif mövzularla anti-İranizmi Azərbaycan Respublikasının ictimai rəyinə yerləşdirmək istəyir.
Əslində bu, Əliyevin boğazından çıxan fikirlər Qafqazın əsas aktyorunun sözləridir.
Mesajın sonu”